"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi

20:10 Sabah 56
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi

"Orhus"un baş məşqçisi Yakob Poulsen "Sabah"a qarşı keçirəcəkləri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu öncəsi komandanın durumu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, danimarkalı mütəxəssis Frederik Tinagerin zədə səbəbindən Bakıya gəlmədiyini bildirib:

"Tinager Bakıda keçiriləcək oyunun heyətində olmayacaq. Qalan futbolçuların vəziyyəti yaxşıdır. Xoşbəxtlikdən, həftəsonu oyunumuz olmadı. Bu fasilə bizə çox yaxşı təsir etdi".

Baş məşqçi komandanın hazırda daha yaxşı vəziyyətdə olduğunu deyib:

"Oyunçuların həm fiziki, həm də psixoloji baxımdan "Sabah" la keçirilən ilk matçla müqayisədə daha yaxşı vəziyyətdə olduqlarını düşünürəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Növbəti mərhələyə adlamaq üçün meydana çıxacağıq".

Qeyd edək ki, “Sabah” - “Orhus” matçı avqustun 11-də, saat 20:00-da keçiriləcək. Komandalar arasında baş tutan ilk qarşılaşmada Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti