“Sabah” Nigeriya klubunun hücumçusunu icarəyə götürdü

10 Avqust 14:40 Sabah 2 803
“Sabah” Nigeriya klubunun  hücumçusunu icarəyə götürdü

“Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

Bu, nigeriyalı hücumçu Ayomide Bakaridir.

18 yaşı olan istedadlı forvard “Broad Siti”dən (Nigeriya) 1 illik icarəyə götürülüb.

O, 2026/27 mövsümündə “Sabah-2”nin uğurları üçün tər tökəcək.

Oyunu məşqçilər heyətini və klub rəhbərliyini qane etsə, gələn ilin yayında afrikalı ilə uzun müddətli müqavilə bağlanacaq.

Bu barədə tərəflər arasında rəsmi razılıq əldə olunub.

Maraq üçün bildirək ki, “Sabah” buna Ayomideyə qədər Qodfred Boakye ilə münasibətləri rəsmiləşdirib.

Ötən mövsüm icarə əsasında əvəzedici komandanın uğurları ümün tər tökmüş Belçika vətəndaşı olan mərkəz müdafiəçisinin transfer hüquqları “Birmingem”dən alınıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi