"Sabah"ın baş məşqçisi bu gün jurnalistlərin qarşısına çıxacaq

10 Avqust 08:40 Sabah 516
"Sabah"ın baş məşqçisi bu gün jurnalistlərin qarşısına çıxacaq

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” - “Orhus” oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın oyunöncəsi mətbuat konfransı avqustun 10-da, saat 17:45-də Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının zalında baş tutacaq.

Komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə həmin gün saat 18:15-də “Sabah” Futbol Mərkəzində keçiriləcək.

“Orhus”un oyunöncəsi mətbuat konfransı avqustun 10-da saat 17:30-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 18:00-da, “Bank Respublika Arena”da baş tutacaq.

“Sabah” - “Orhus” oyunu avqustun 11-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi