Azərbaycan millisinin veteran hücumçusu Vaqif Cavadov Sportinfo.az-a açıqlama verib.
Hazırda U-20 millimizdə məşqçi kimi çalışan mütəxəssis "Sabah"ın Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.
O, xüsusilə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Orhus"la cavab görüşündə "bayquşlar"a inamını ifadə edib:
"Sabah"da çox yaxşı komanda formalaşıb. Fiziki cəhətdən də çox hazırlıqlıdılar.
Səfər oyununda çox yaxşı çıxış etdilər. Sadəcə, qol imkanlarından yaxşı istifadə edə bilmədilər.
Əks halda, hesabda öndə ola bilərdilər. "Sabah" səfərdə göstərdi ki, bu komandaya qalib gəlmək olar.
Məncə, Bakıda böyük şanslarımız var. "Sabah"ın potensialı avrokuboklarda çıxış etməyə layiq olduğunu göstərir.
Ümidvaram ki, belə də olacaq. Növbəti oyunda eyni oyunu sərgiləmək vacib olacaq.
İnanıram ki, lazım olan nəticəni "Sabah" evdə qazana biləcək. Eyni şeyi "Qarabağ" barədə də deyə bilərəm.
Baxmayaraq ki, səfərdə 0:1 məğlub oldular, amma cavab görüşündə lazım olan nəticəni qazanmaq olar. Hər iki klubumuz avrokuboklarda çıxışını davam etdirəcək".
XANOĞLAN
