“Sabah” - Hər şey hələ qabaqdadır, darıxmayın!

15:00 Sabah 146
“Sabah” - Hər şey hələ qabaqdadır, darıxmayın!

“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında “Orhus”a Danimarkada 1:2 hesabı ilə məğlub olsa da, nümayiş etdirdiyi futbol nikbinlik yaradır.

Xüsusilə qarşılaşmanın son 20-25 dəqiqəsində Azərbaycan təmsilçisi oyunun ritmini tamamilə dəyişdi və göstərdi ki, bu cütün taleyi hələ qətiyyən həll olunmayıb.

Statistik göstəricilər də bunu təsdiqləyir: “Sabah” topa sahibolmada rəqibini üstələdi və oyunun böyük hissəsində topa daha çox nəzarət etdi.

İlk hissədə “Orhus” topa sahib olarkən maraqlı struktur qururdu. Müdafiədə üçlü sistemlə çıxış etsələr də, build-up zamanı davamlı rotasiyalar edirdilər.

Sağ cinah müdafiəçisi maksimum genişlik yaradır, sağ stoper mərkəz müdafiəçisi roluna yaxınlaşırdı. Hücumların böyük hissəsi məhz sağ cinahdan qurulur və 31-23-25 üçbucaqları vasitəsilə top irəli daşınırdı.

Mikels tez-tez geriyə enərək müdafiədən çıxışa kömək edir, Puxaç genişlik verir, Şimiç isə mərkəz və yarımcinah zonalarında mövqe dəyişərək boşluqlar axtarırdı.

“Sabah” isə müdafiədə əsasən 4-2-3-1 düzülüşündə orta blokdan istifadə etdi. Rəqib geri ötürmə edəndə komanda bunu pressinq siqnalı kimi qəbul edir və ön xətdə təzyiqi artırırdı.

Qoldan sonra bir neçə dəqiqə ərzində kompaktlıq pozuldu və “Orhus” bundan istifadə etməyə çalışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti