“Əsas olan “Sabah”a qalib gəlmək idi, buna nail olduq”

09:00 Sabah 178
“Əsas olan “Sabah”a qalib gəlmək idi, buna nail olduq”

“Bakıya qələbə ilə yollanacağımız üçün çox şadam, düzəltməli olduğumuz məqamlar var”.

Sportinfo.az Danimarka mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Orhus”un (AGF) baş məşqçisi Yakob Poulsen Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah”a qarşı ilk oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, xüsusilə ikinci hissənin əvvəlində oyuna tam nəzarət etdiklərini bildirib:

“Amma “Sabah” hesab arasındakı fərqi azaltdıqdan sonra bu nəzarəti itirdik. Əsas olan qalib gəlmək idi və buna nail olduq”.

Yakob Poulsen matçda 2 qol vuran Ceyms Boqerenin çıxışını yüksək qiymətləndirib. O, uqandalı 18 yaşlı hücumçunun buna layiq olduğunu bildirib.

“Artıq vaxtı idi. O, indiyədək qol vurmamışdı. Buna görə də qolların məhz indi gəlməsi sevindiricidir. Vurduğu qollar isə möhtəşəm idi”.

Poulsen gənc futbolçunun böyük potensiala malik olduğunu deyib:

“Bu yaşda belə çıxış etmək təsiredicidir. O, inanılmaz enerjiyə malikdir, çox yüksək intensivliklə qaçır və komanda oyununda da əvvəlkindən daha yaxşı iştirak edir”.

Baş məşqçi Boqerenin ən güclü cəhətlərini də qeyd edib:

"Ceyms çox yaxşı tamamlayıcıdır. Bunu təkcə “Sabah”la oyunda yox, məşqlərdə də görürük.

Düzdür, hər gün belə qollar vurmur. O, klassik mərkəz hücumçusu deyil.

Dərinliyə qaçışları, texnikası və digər keyfiyyətləri rəqiblər üçün ciddi problem yaradır. Üstəlik, əksər müdafiəçilərdən daha sürətlidir”.

“Sabah”la “Orhus” arasında cavab matçı avqustun 11-də Bakıda, Masazır qəsəbəsi stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 18:10 Çək və bizə göndər!