"Sabah"ı Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus"la (Danimarka) səfər matçında 70-ə yaxın azarkeş dəstəkləyəcək.
bu barədə klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.
O, əlavə edib ki, dünən çarter reysi ilə Danimarkaya yollanan komandanın heyətində hər hansı itki yoxdur.
"Orhus" - "Sabah" matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək.
Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
