"Sabah"ın oyununun startı tıxaca görə ləngiyir - Klubdan açıqlama

5 Avqust 20:25 Sabah 269
"Sabah"ın oyununun startı tıxaca görə ləngiyir - Klubdan açıqlama

Çempionlar Liqasının “Orhus" (Daninarka) - "Sabah" (Azərbaycan) oyunu əvvəlcədən nəzərdə tutulan vaxtdan 40 dəqiqə sonra - saat 21:10-da başlayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "Sabah" klubunun yaydığı açıqlamasa bildirilir.

"UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Orhus” – “Sabah” oyunu komandaların nəqliyyatda yaranmış tıxac səbəbindən stadiona planlaşdırılandan gec çatması ilə əlaqədar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 20:30-da deyil, saat 21:10-da başlayacaq" - deyə məlumatda qeyd olunub.

Matçı canlı yayımlayacaq İTV daha əvvəl rəsmi açıqlama yayaraq oyunun yayımının saat 21:00-da başlayacağını elan etmişdi.

Daha əvvəl oyunun Bakı vaxtı ilə saat 20:30-da başlaması tutulmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı