Çempion borcunu qaytardı, indi tarix yazmaq vaxtıdır!

20:40 Sabah 201
Çempion borcunu qaytardı, indi tarix yazmaq vaxtıdır!

"Sabah" Çempionlar Liqasında uğurlu çıxışı ilə hər kəsi sevindirir.

Hələki üzümüzü ağ edən yeganə klubumuzdur.

Bir-bir mərhələlər geridə qalır, qələbələr sıraya düzülür.

Artıq minimum hədəf də yerinə yetirilib.

Bu, "bayquşlar"la bağlı geridə qalan yolun ümümi mənzərəsidir.

Bəs bundan sonra hədəf nədir?

Klub nə ilə yadda qala bilər.

Cavab birmənalıdır - boyundan yuxarı tullanmaq.

Ölkə çempionu olan klubun Konfrans Liqasının liqa mərhələsində iştirak etmək borcudur.

Əks halda, çempionluğun dəyəri qalmazdı.

Masazır təmsilçisi borcunu qaytardı, çempionuluğun dəyərinin haqqını verdi.

İndi isə boyundan yuxarı tullanmaq vaxtıdır.

Bu yolda ilk rəqib son Danimarka çempionu "Orhus"du.

Bu rəqib isə nə TNS-di, nə də "KuPS".

Tam bir ÇL çapında rəqibdir.

Burada əldə olunacaq uğur təkcə pley-off mərhələsinə vəsiqə qazanmaq demək deyil.

Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin etməkdir.

"Qarabağ"ın damla-damla yığdığı təcrübə ilə illər sonra əldə etdiyi uğuru qısa müddətdə qazanmaqdır.

Qısası, qarşıdakı matç sadəcə növbəti oyun deyil.

"Sabah"ın adını Avropa səhnəsində tamam başqa səviyyəyə daşıya biləcək imtahandır.

Qazanılacaq uğurun dəyəri illərlə danışılacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti