“Şeffild Yunayted”in vingeri Azərbaycan klubunda - RƏSMİ

2 Avqust 00:30 Sabah 783
“Şeffild Yunayted”in vingeri Azərbaycan klubunda - RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu haqda klub açıqlama yayıb.

Nigeriyalı vinger Kristian Nvaçukvu bundan sonra klubun uğurları üçün çalışacaq.

20 yaşlı futbolçu İngiltərənin “Şeffild Yunayted” klubundan transfer edilib. Nvaçukvu ilə müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Futbolçu karyerası ərzində Bolqarıstanın “Botev Plovdiv” (2024/25) və Türkiyənin “Serikspor” (2026) komandalarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM