"Sabah" müdafiəçisini icarəyə verdi - Ukrayna klubuna

19:20 Sabah 163
"Sabah" müdafiəçisini icarəyə verdi - Ukrayna klubuna

"Sabah"ın iyulun əvvəlində "İberiya"ya (Gürcüstan) icarəyə verdiyi Andrey Santos yenidən klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Ukraynada davam etdirəcək.

Santos "Veres"ə icarəyə verilib. 21 yaşlı futbolçu 2026/27 mövsümündə Premyer Liqa təmsilçisinin formasını geyinəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi yer alıb.

"Sabah" Andrey Santosu 2025-ci ilin yayında ölkəsinin "Kanaa" klubundan transfer edib. "Sambaçı" Masazır təmsilçisinin heyətində 8 rəsmi matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti