Almaniyalı “Sabah”ın avrokubok tarixində ilkə imza atdı - VİDEO

1 Avqust 03:10 Sabah 512
Almaniyalı “Sabah”ın avrokubok tarixində ilkə imza atdı - VİDEO

“Sabah”ın almaniyalı qolçusu Coy-Lens Mikels klubun tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu buna Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-la keçirilən cavab oyununda nail olub.

Matçın 70-ci dəqiqəsində fərqlənən Mikels avrokuboklarda “Sabah”ın heyətində 10-cu qolunu vurub. Bu, almaniyalı hücumçunun cari mövsümdə Avropa arenasında ikinci qolu olub.

Mikels ümumilikdə 74 qolla “Sabah” tarixinin ən məhsuldar futbolçusudur.

“Sabah” Finlandiyada keçirilən cavab görüşündə KuPS-u 2:0 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM