Buradan bilin - Şanslı “Sabah”dan nədə üstün olublar?

31 İyul 08:20 Sabah 1 020
Buradan bilin - Şanslı “Sabah”dan nədə üstün olublar?

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Finlandiya KuPS-u ilə səfər oyununun statistikası açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan klubu 2:0 hesablı qələbə qazansa da, bu, heç də asan başa gəlməyib.

Hətta təmsilçimizin müəyyən mənada şanslı olduğunu da demək olar. Çünki finlandlar qapıya zərbə sayında “Sabah”dan üstün olub.

Lakin meydan sahiblərinin 14 zərbəsindən cəmi 2-si “çərçivə”yə ünvanlanıb. Əvəzində “Sabah”ın 4 belə həmləsinin yarısı – 2-si qolla yekunlaşıb.

KuPS – Sabah

Qollar – 0:2

Zərbələr – 14:10

“Çərçivə”yə zərbələr – 2:4

“Çərçivə”yə düşməyən zərbələr – 7:4

Bloklanan zərbələr – 5:2

Künc zərbələri – 8:6

Oyundankənar vəziyyət – 1:4

Sarı vərəqələr – 3:1

Cərimə zərbələri – 14:16

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM