“Nə qədər qürurlu olduğumu sözlə ifadə etmək mümkün deyil”

09:00 Sabah 127
“Nə qədər qürurlu olduğumu sözlə ifadə etmək mümkün deyil”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandasının UEFA Çempionlar Liqasında 3-cü mərhələyə yüksəlməsi ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, litvalı mütəxəssis İnstaqram hesabında bunları yazıb:

“Tarixin yazıldığı daha bir sehrli gecə. Cəmi 9 il əvvəl yaradılan “Sabah” 2026/27 mövsümündə avrokuboklardan birinin Liqa mərhələsinə vəsiqəni təmin etdi.

Bu uğurun dadı bir ildən az müddətdə qazanılan Azərbaycan çempionluğu və ölkə kubokundan sonra möhtəşəm bir desert kimidir.

Nə qədər qürurlu olduğumu sözlə ifadə etmək mümkün deyil. Bu sevinci bölüşə biləcəyim necə gözəl insanlardan ibarət komandadır! Qarşıdakı növbəti mərhələyə doğru yolumuza davam edirik”.

“Sabah” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində KuPS-u iki oyunun nəticəsinə əsasən 3:0 hesabı ilə məğlub edib. Bununla da Bakı klubu ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!