“Sabah” Azərbaycanda dörd klubdan biri oldu ki...

31 İyul 02:30 Sabah 499
“Sabah” Azərbaycanda dörd klubdan biri oldu ki...

“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn dördüncü Azərbaycan klubu olub.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi II təsnifat mərhələsində Finlandiyanın KuPS klubunu hər iki oyunda məğlub edib - Masazırda 1:0, Kuopioda isə 2:0 hesabı ilə qalib gəlib.

Çempionlar Liqasının bu mərhələsinə yüksələn ilk Azərbaycan klubu 2009/10 mövsümündə "Bakı" olub.

Paytaxt təmsilçisi Bolqarıstanın "Levski" klubuna qarşı ev oyununda 0:0 hesablı heç-heçə edib, Sofiyada keçirilən cavab matçında isə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

2012/13 mövsümündə “Neftçi” də III təsnifat mərhələsinə qədər irəliləyib. “Neftçi” səfərdə İsrailin “Hapoel İroni Kiryat-Şmona” klubuna 0:4 hesabı ilə məğlub olub, Bakıda keçirilən cavab görüşündə isə 2:2 hesablı heç-heçə edərək turnirlə vidalaşıb.

Azərbaycanın rekordçusu isə Çempionlar Liqasının III təsnifat mərhələsində 10 dəfə çıxış edən “Qarabağ”dır.

Ağdam təmsilçisi bu mərhələni dörd dəfə – 2017/18, 2022/23, 2024/25 və 2025/26 mövsümlərində adlayıb. Daha altı halda isə "Qarabağ" məhz III təsnifat mərhələsində mübarizəni başa vurub.

Beləliklə, “Sabah”ın III təsnifat mərhələsinə yüksəlməsi Azərbaycan klubunun Çempionlar Liqasında bu mərhələdə 13-cü çıxışı kimi tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM