"Sabah" - "Orhus" oyununda.. Adları açıqlandı

31 İyul 00:40 Sabah 690
"Sabah" - "Orhus" oyununda.. Adları açıqlandı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" - "Orhus" (Danimarka) cavab oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, matç Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Juan Pineyru olacaq. Ona yan xətt hakimləri qismində Lusiano Maria və Hüqo Markes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.

VAR Tyaqu Martinsə, AVAR isə Andre Narkisoya həvalə edilib.

Komandalar arasında ilk oyun avqustun 5-də Danimarkada, cavab matçı isə 11-də Bakıda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM