"Çempionlar Liqasındakı uğuru unudub, qarşıdakı oyunlara köklənməliyik"

21:20 Sabah 82
"Çempionlar Liqasındakı uğuru unudub, qarşıdakı oyunlara köklənməliyik"

"Sabah" Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə "KuPS"u səfərdə də məğlub edərək (0:2) adını üçüncü mərhələyə yazdırıb.

Bununla həm də "bayquşlar"ın minimum Konfrans Liqasının liqa mərhələsində çıxış edəcəyi rəsmiləşib.

Bu hadisə klub tarixində bir ilkdir.

Sportinfo.az-a açıqlama verən komandanın polşalı müdafiəçisi Timoteuş Puxaç əldə olunan uğurdan danışıb:

"Nəticəni Çempionlar Liqası ilə əlaqələndirəndə təsirli səslənə bilər.

Amma reallıq odur ki, biz bu iki raundda qələbəyə layiq tərəf idik və onu da qazandıq.

İndi bu uğuru unudub, tam qarşıdakı oyunlarımıza köklənməliyik".

Təcrübəli legioner son 1 ildə klubun ardıcıl uğurlar əldə etməsinin arxasında duran səbəblərə də toxunub:

"Bunun heç bir sirri yoxdur. Ağır zəhmət, fədakarlıq, peşəkar məşqçilər korpusu və keyfiyyətli futbolçular bu uğurun əsas səbəbləridir".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti