İnsan gərək ədalət hissini heç vaxt itirməsin...
Hadisələr real qiymət vermək önəmlidir.
Bu gün cəmiyyətimizin ən böyük problemi odur ki, biri kimisə, nəyisə bəyənmirsə bütün cəhdlə onu linç etməyə çalışır.
Həmin tərəfin ağ qatığına da qara deyir, ən yaxşı halda turşumuş adını qoyur.
Çox qüsurlu, qaba yanaşmadır. İndi bunu niyə deyirəm?
"Sabah" Çempionlar Liqasında keçirdiyi ardıcıl 4 oyunda 4 qələbə qazanıb.
Bu görüşlərdə 7 qol vurub, qapısında cəmi 1 qol görüb.
Tarixində ilk dəfə Konfrans Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. ÇL-in üçüncü mərhələsində isə mübarizə davam edir...
Paralel olarsa Aron Maludanı 6 milyon manata "Bazel"ə satıb.
Həm meydanda, həm də ondan kənarda gözəl işlər görülür.
Qısası, bu an üçün "bayquşlar" ətrafında hər şey bal kimidir. Amma kimlərinsə kluba qarşı antipatiyası var deyə, balın içində acılıq axtarır.
Ay nəbilim rəqib zəif idi, ay nə bilim büdcəsi az idi, ay nə bilim Dambrauskas flan açıqlamanı verməməlidir və.s.
Vallah-billah ayıbdır. Olmaz belə.
Bu cür ucuz fikirlərlə uğurlara kölgə salmağa dəyməz.
Bəli, tənqid də lazımdır, lakin yerində, əsaslı arqumentlərlə. Daha belə yox...
Adamlar ortaya iş qoyub. Təbrik etməyə dilin gəlmirsə, barı sus. Axı susmaq da bir mədəniyyətdir.
XANOĞLAN/ SPORTİNFO.AZ

