Premyer Liqamızda yeni düzən - Özünü göstər, Avropaya get!

21:00 Sabah 143
Premyer Liqamızda yeni düzən - Özünü göstər, Avropaya get!

"Sabah” futbolçusu Aaron Maluda ilə yollarını ayırdı.

20 yaşlı futbolçu karyerasını İsveçrənin “Bazel” klubunda davam etdirəcək.

Maluda ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışırdı.

O, "bayquşlar"ın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.

Masazır təmsilçisi qısa müddətdə böyük iş görə bildi. Heç sıralarına qatdığı 1 il olmayan gəncdən 3 milyon avro qazanc əldə etmək sıradan hadisə deyil.

Maludanın transferində bir başqa incə məqama da toxunmasaq olmaz.

Bəli, "Qarabağ" daha səs-küylü satışlarla yadda qalıb.

Ən son Kamilo Duranın "Seltik"ə keçidindən Ağdam klubu 13 milyon manat qazanc əldə etdi.

Şotlandlar Kolumbiyalını Çempionlar Liqasındakı əla performansına görə sıralarına qatdı.

Maluda isə avrokuboklarda çıxış etmədən bunu bacardı. Düzdü, TNS-lə iki görüşdə vinger meydanda oldu.

Lakin aydın həqiqətdir ki, "Bazel" rəsmiləri onun bacarığına Premyer Liqa matçlarında şahid olublar.

Deməli, xarici skautlar artıq bizim liqaya da diqqət ayırır.

Bu çox yaxşı haldır.

Həm də liqamızdakı digər oyunçulara gözəl fürsət.

Özünü göstər və Avropaya get.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti