“Sabah”ın legioneri Aron Maluda karyerasını İsveçrədə davam etdirəcək.
Bu barədə nüfuzlu “Ekip” nəşri məlumat yayıb.
Xəbərdə artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. Azərbaycan çempionu fransalı vingerin satışından 2,8 milyon İsveçrə frankı (təxminən 3 milyon avro) gəlir əldə edəcək.
Masazır təmsilçisi onu 2025-ci ilin yayında “Lill”dən 1 illik icarəyə götürüb. 20 yaşlı cinah oyunçusu burada meydana çıxdığı 31 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Sabah“ iyunda Maludanı birdəfəlik transfer edib. Bunun üçün Fransa nəhənginə 250 min avro təzminat ödənilib. Belədə onunla 2029-cu ilin yayınadək müqavilə imzalanıb.
Redaksiyamızda olan məlumata görə, Aron “Bazel“lə 3+1 illik kontrakt bağlayacaq.
Fransa yığmasının və “Çelsi“nin canlı əfsanəsi Floran Maludanın oğlu İsveçrədə keçirəcəyi ilk mövsümdə 350 min avro qazanacaq. Növbəti illərdə isə bu rəqəm tədricən 500 min avronu keçəcək.
SPORTİNFO.AZ

