"Sabah" avrokuboklarda 10-cu “qurban”ını burada tapdı

29 İyul 08:20 Sabah 590
"Sabah" avrokuboklarda 10-cu “qurban”ını burada tapdı

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “KuPS”a qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, Finlandiyada 2:0 hesabı ilə qalib gələn Bakı klubu avrokuboklarda 10-cu qələbəsini qazanıb.

Qitə miqyaslı turnirlərdə 4-cü mövsümünü keçirən komanda yubiley qələbəsini 18-ci matçında əldə edib. “Sabah” ölkə futbolu tarixində ən azı 10 avrokubok matçında qalib gələn 5-ci komanda olub.

Bu, Azərbaycan klublarının avrokuboklarda səfərdə qazandığı 70-ci qələbə kimi tarixə düşüb. Təmsilçilərimiz rəqib meydanındakı 251 sınaqdan bu qədər qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM