Azərbaycan klubu ilk dəfə avrokubokların qrup mərhələsində!

29 İyul 08:40 Sabah 502
Azərbaycan klubu ilk dəfə avrokubokların qrup mərhələsində!

Xəbər verdiyimiz kimi, “Sabah” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Finlandiya təmsilçisi KuPS-u səfərdə 2:0, ümumi hesabda isə 3:0 məğlub edərək ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi bu qələbə ilə ən pis halda UEFA Konfrans Liqasının qrup mərhələsində iştirakını təmin edib.

Bununla da “Sabah” avrokubokların qrup mərhələsində oynayacaq Azərbaycanın 4-cü klubu kimi tarixə düşüb.

Xatırladaq ki, buna qədər ölkəmizi yalnız “Neftçi”, “Qarabağ” və “Qəbələ” qrup mərhələsində təmsil edib.

Məlumat üçün bildirək ki, təmsilçimiz üçüncü təsnifat mərhələsində məğlub olarsa, yoluna Konfrans Liqasının qrupunda davam edəcək.

“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM