Premyer Liqanın qalibi onu 3 milyon avroya satdı

29 İyul 07:50 Sabah 1 124
Premyer Liqanın qalibi onu 3 milyon avroya satdı

“Sabah”ın legioneri Aaron Maluda karyerasını İsveçrədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransanın “L’Equipe” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Azərbaycan təmsilçisi fransalı hücumameyilli yarımmüdafiəçini “Bazel”ə (İsveçrə) satıb. Sürix təmsilçisinin bu keçid üçün “Sabah”a 3 milyon avro ödəyəcəyi iddia olunub.

"Sabah” Aaron Maludanı 2025-ci ilin yayında Fransadan - “Lill”dən birillik icarəyə götürmüşdü. Bakı klubu bu yay futbolçunun transfer hüquqlarını birdəfəlik əldə etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM