“Sabah” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Finlandiyanın “KuPS” klubu ilə qarşılaşıb.
Matç təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Sabah" növbəti mərhələyə yüksəlməyi bacarıb.
Bakıda keçirilmiş ilk oyunda Azərbaycan çempionu rəqibinə 1:0 qalib gəlmişdi.
“KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan) 0:2
Qollat: Velko Simiç, 53, Mikels, 70
Baş hakim: Qal Leybovits (İsrail)
“Vyare Arena”, Kuopio.
İlk oyun: 0:1

