“Sabah”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "KuPS"a qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.
Finlandiyada keçiriləcək oyun İsraildən olan hakimlərə həvalə edilib.
Baş hakim Qal Leyboviçin yan xətlərdəki köməkçiləri Roy Hassan və Yossi Babayoff olacaq.
Dekel Zino isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
39 yaşlı referi İsraildə təcrübəli adlardan hesab olunur. 2013-cü ildən yüksək dəstə oyunlarına təyinat alan səbəbkar 2021-ci ildən beynəlxalq matçlarda görünür.
İndiyə qədər 11 avrkubok qarşılaşmasında fit çalıb ki, bu matçlardan birində meydanda hansı komanda olsa yaxşıdır?
Elə həmin “Sabah”!
“Sabah” ötən il iyulun 24-də Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Moldovada “Petrokub”la qarşılaşanda, meydanda yaşananlara məhz israilli hakim nəzarət edib.
Təmsilçimizin səfərdə Pavol Şafranko ilə Kahim Parrisin vurduğu qollar sayəsində 2:0 hesabı ilə qələbə qazandığı qarşılaşmada Qal nə qırmızı vərəqəyə əl atıb, nə də penalti nöqtəsini göstərib. Üç dəfə cibindən sarı vərəqə çıxarıb və bütün hallarda rəqib futbolçuları cavablandırıb.
Odur ki, Leyboviiç “Sabah”ı, “Sabah”dakılar da onu yaxşı xatırlayır.
Ötən ilin bu günlərində Moldovada final fiti bizimkilər üçün düşərli olmuşdu. Ümid edək ki, eyni ssenari bu gün də təkrarlanacaq.
HƏBİB / SPORTİNFO.AZ


