Sözsüz, bu xəbər “Sabah”ın futbolçularını sevindirəcək!

16:40 Sabah 121
Sözsüz, bu xəbər “Sabah”ın futbolçularını sevindirəcək!

Çempionlar Liqasında inamlı çıxışı ilə fərqlənən “Sabah” bu dəfə Finlandiyada meydana çıxacaq.

“Tələbələr”in Avropanın bir nömrəli klub turnirinin 2-ci təsnifat mərhələsindəki rəqibi KuPS-dur.

Bakıda baş tutan ilk qarşılaşma təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Mərhələni adlamaq üçün səfərdə uduzmamaq kifayət edir.

“Sabah” bu oyunda özünü tək hiss etməyəcək.

Belə ki, komandamızı dəstəkləmək üçün Finlandiyada və yaxın ölkələrdə yaşayan azərbaycanlılar həmin gün “Vare Arena”dakı yerini tutacaq.

Stadionun 5000 azarkeş tutumuna malik olduğunu nəzərə alsaq, qonaq azarkeşlər üçün təxminən 250 yer ayrılacaq.

Lakin bizimkilərin sayı bu qədər yox, 50-100 arası olacaq. Hazırda 50-dən artıq azarkeş matçı izləmək üçün “Sabah” rəsmilərinə müraciət edib.

İyulun 28-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

HƏBİB SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti