Avropanın sanballı klubları "Sabah"ın qapısına düzülüb.
"Bayquşlar"ın gənc ulduzu Aron Maluda üçün.
Siyahıda kimlər yoxdur ki...
Şotlandiya nəhəngi "Seltik", İsveçrə nəhəngi "Bazel", İtaliya təmsilçisi "Sampdoriya" və.s.
Keçidə ən yaxın tərəf isə hazırkı məqamda "Bazel" görünür.
Avropalılar 20 yaşlı futbolçunun keçidində israrlıdır.
"Sabah" tərəfi isə hələ düşünür.
Bilmirəm məqsəd qiymət qaldırmaqdır, yoxsa burada saxlamaq.
Əgər birincidirsə, fürsət varsa niyə də yox?
Amma ikinci versiyanı başdan çıxarmaq lazımdır.
Əgər normal Avropa klubu Azərbaycandan futbolçu istəyirsə onu buraxmaq mütləqdir.
Qalsa təkcə qazanc əldən çıxmayacaq, həm də Maluda sıradan çıxacaq.
İlkin narazılıq simptomları da sezilir.
Əbəs deyil ki, "KuPS"la matçı ehtiyatda keçirməli oldu.
Yəni hüquqi əsasdan bərk tutub, onu burada saxlamaq doğru qərar deyil.
Boş yerə deməyiblər ki, zorla gözəllik olmaz.
Yaxın keçmişdə "Qarabağ"da Juninyo kimi nümunəmiz olub. İsrarla saxlanıldığı son mövsümü demək olar boşa verdi. Özü burdaydı, fikri Avropada.
Maludanı da başa düşmək lazımdır. Adamın əlinə bəlkə bir də belə şans düşmədi.
İndiki məqamda ən doğru olanı Maludanı malsimum yüksək məbləğdə satmaq, əvəzində isə onun yerini dolduracaq yeni istedadlı kəşf etmək lazımdır.
XANOĞLAN / SPORTİNFO.AZ

