"İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər"

00:30 Sabah 69
"İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər"

"Sabah" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Finlandiyada "KuPS" un qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Finlandiyada olduğumuza görə çox şadıq. Çempionlar Liqasının təsnifat mərhələsinin cavab oyunu üçün buradayıq.

Bildiyiniz kimi, ilk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var.

İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər. Lakin eyni zamanda anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, Avropa turnirlərində səfərdə keçirilən heç bir oyun asan olmur.

Bilirik ki, meydan sahibləri çox motivasiyalı olacaqlar və bütün güclərini ortaya qoyacaqlar. Biz də onların mübarizəsəviyyəsinə uyğun cavab verməli, öz oyunumuzu oynamalı və ən yaxşı bacardığımız işi görməliyik.

Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik. Bu axşam həmin stadionda məşq edəcəyik.

Bu məşq şəraitə uyğunlaşmaq, meydanı və bizi hansı şərtlərin gözlədiyini anlamaq üçün vacibdir. Sabah isə bacardığımız ən yaxşı oyunu göstərməliyik.

İnanıram ki, öz oyunumuzun ən yaxşı sevsiyasını nümayiş etdirə bilsək, növbəti mərhələyə vəsiqə qazana bilərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 18:10 Çək və bizə göndər!