“Son zərbələrdə zəif idik” - “Sabah”ın vingeri

27 İyul 02:20 Sabah 544
“Son zərbələrdə zəif idik” - “Sabah”ın vingeri

“Yaxşı oyun oldu, güclü rəqibə qarşı çətin qarşılaşma keçirdik və sonda qələbə qazandıq. İndi bu matçı geridə qoyaraq növbəti görüşə hazırlaşmalıyıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri ”Sabah”ın vingeri Kahim Parris Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Bakıda ”KuPS"u 1:0 hesabı ilə məğlub etdikləri ilk oyun haqda deyib.

Onun sözlərinə görə, futbolçular qol epizodlarını dəyərləndirməkdə istədikləri səviyyədə deyildilər.

“Çoxlu imkanlar yaratdıq, lakin onların hamısını qola çevirə bilmədik. Son zərbələrdə zəif idik.

Hesab daha böyük ola bilərdi. Məşqlərdə son zərbələr üzərində daha çox işləməliyik. İnanıram ki, növbəti oyunda bu baxımdan daha yaxşı çıxış edəcəyik”, - deyə o, s öyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM