Azəbaycan çempionu nə etməlidir ki... Biri var, biri yox

26 İyul 23:45 Sabah 160
Azəbaycan çempionu nə etməlidir ki... Biri var, biri yox

Finlandiyada KuPS-un daha cəsarətli başlaması gözlənilir.

İlk oyunda aşağı və orta blokda müdafiə olunan komanda cavab qarşılaşmasının xüsusilə ilk 15–20 dəqiqəsində daha yüksək pressinq tətbiq edə bilər.

Məqsəd “Sabah”ın müdafiədən qısa ötürmələrlə çıxışını pozmaq, topu rəqib qapısına yaxın zonada qazanmaq və erkən qol vurmaq olacaq.

KuPS daha çox birbaşa ötürmələrə, ikinci toplara, cinah asmalarına və standart vəziyyətlərə üstünlük verə bilər. Öz meydanında tribunalardan gələn təzyiq və süni örtüyün mümkün təsiri də oyunun tempini artıra bilər.

Finlandiya klubu topu itirdikdən sonra dərhal geri çəkilmək əvəzinə, “Sabah”ın ilk ötürməsini bağlamağa və oyunu xaotik vəziyyətə çevirməyə çalışacaq.

Bu ssenaridə “Sabah” üçün əsas məsələ ilk təzyiq dalğasını sakit keçməkdir. Komanda yalnız uzun top oynasa, ikinci toplar KuPS-un üstünlüyünə çevrilə bilər.

Buna görə qapıçı, mərkəz müdafiəçiləri və dayaq yarımmüdafiəçisi arasında düzgün məsafə qorunmalı, pressinqin arxasındakı boşluqlara vaxtında ötürmələr edilməlidir.

KuPS daha çox oyunçu ilə irəli çıxdıqca cinahların arxasında və yarımmüdafiə xəttinin önündə boşluqlar yaranacaq. “Sabah” həmin zonalardan sürətli keçidlər və diaqonal ötürmələrlə istifadə edə bilər.

“Sabah” cavab oyununa yalnız 1:0 hesabını qorumaq düşüncəsi ilə çıxmamalıdır. Həddindən artıq geri çəkilmək KuPS-a davamlı təzyiq, asma və standart vəziyyət imkanı verə bilər.

Ən doğru yanaşma topa sahib olma dövrlərini uzatmaq, rəqibin tempini aşağı salmaq və uyğun anda sürətli hücuma keçməkdir.

“Sabah” səfərdə qol vurarsa, KuPS-un ən azı üç qol vurmaq məcburiyyətində qalması oyunun psixoloji və taktiki istiqamətini ciddi şəkildə dəyişə bilər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!