Çempionlar Liqasında inamla irəliləyən “Sabah” növbəti səfərə hazırlaşır.
"Bayquşlar" bu dəfə Finlandiyada meydana çıxacaq.
Nümayəndə heyəti vətəni matçdan iki gün əvvəl tərk edəcək.
İyulun 26-da səhər saatlarında çarter reysli təyyarə ilə havaya qalxacaq “Sabah”lılar təxminən 4 saatlıq uçuşdan sonra paytaxt Helsinkiyə çatacaq. Oradün Kuopio şəhərinə olan məsafə avtobusla qət olunacaq.
Həmin gün komanda üzvləri istirahət edəcək, yol yorğunluğunu çıxaracaq.
İyulun 27-də, yəni oyundan bir gün əvvəl Bakı vaxtı ilə saat 18:30-da Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Bundan yarım saat sonra “Sabah” matçöncəsi son məşqə çıxacaq.
Bakıda baş tutan “Sabah” – KuPS görüşü 1:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatmışdı.
İyulun 28-də Kuopio şəhərindəki “Vare Arena”da gerçəkləşəcək cavab oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

