“Bakıda elə nəticə qazandıq ki, hələ də bu cütdə mübarizənin içindəyik”

27 İyul 00:50 Sabah 571
“Bakıda elə nəticə qazandıq ki, hələ də bu cütdə mübarizənin içindəyik”

KuPS-un Finlandiya çempionatında VPS üzərində 3:1 hesablı qələbəsindən sonra komandanın baş məşqçisi Miika Nuutinen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”la keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, o, Bakıdakı ilk görüşdən sonra cütün taleyinin hələ də açıq qaldığını bildirib.

“Əlbəttə, cavab oyunu öncəsi vəziyyət Bakıdakı matçdan fərqlidir. Orada elə nəticə qazandıq ki, hələ də bu cütdə mübarizənin içindəyik.

Ancaq növbəti mərhələyə yüksəlmək üçün öz oyunumuzu yaxşılaşdırmalıyıq. Bununla özümüzə mümkün olan ən yaxşı şansı yaratmalıyıq”, – deyə Nuutinen bildirib.

"Sabah” Bakıda keçirilən ilk oyunda KuPS-a 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü iyulun 28-də Kuopiodakı “Väre Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM