Bu dəfə günahkar azərbaycanlı deyildi... - Eyni səhv, fərqli münasibət

23 İyul 21:00 Sabah 773
Bu dəfə günahkar azərbaycanlı deyildi... - Eyni səhv, fərqli münasibət

Azərbaycanlı oyunçular futbol oynamağı bacarmır...

Yerli oyunçularla uzağa getmək olmaz...

Adətən klublarımız avrokuboklarda uğursuz çıxış edəndə, milli komandamızın ön xətt oyunçuları qol fürsətlərini qaçıranda yuxarıdakı replikalar çox səslənir.

Bunu boş yerə xatırlatmadım...

Mənə də "Sabah"ın Çempionlar Liqasında "KuPS"la oyununda qaçırılan qol fürsətləri xatırlatdı.

Sizinlə bölüşmək istədim.

Bənzər mənzərə idi, amma rollar fərqli.

Bu dəfə real qol imkanlarını qaçıran yerli futbolçular yox, əcnəbilər idi.

Özü də Coy-Lens Mikels, Velko Simiç kimi böyük pullar müqabilində ölkəmizə gətirilən legionerlər...

Amma niyəsə eyni iradları eşitmədik.

Budəfəki azərbaycanlı oyunçular yox, əcnəbilər idi.

Niyə qolları sıralamaq mümkün olmadı?

Sualı verən, tənqid edən az, çox az oldu.

Məsələn, eyni qol imkanlarını Xəyal Əliyev qaçırsaydı nələr yaşanacığını deməyə ehtiyac yoxdur.

Şərtlər eyni, mənzərə oxşar, amma münasibət fərqli.

Təəssüf ki, ikili münasibətlər illərdi davam edir. fərqli.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM