"Sabah' Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Finlandiya çempionu "KuPS"u məğlub etdi - 1:0.
Hər kəsin diqqətini çəkən start heyətində Aron Maludanın yer almaması oldu.
Baş məşqçi Valdas Dambrauskas hətta vingeri ehtiyatdan belə oyuna daxil etmədi.
20 yaş oyunçunun kənardan qalmasının səbəbi bizə məlumdur.
Oyunçu bir neçə xarici klubdan əla təkliflər alıb.
Və buradan ayrılmaqda israrlıdır.
İstəyini litvalı mütəxəssisə açıq bildirib.
Dambrauskasa da xoş gəlməyən bu olub.
Ki, kollektiv vacib oyuna hazırlaşır, sən isə getmək barədə düşünürsən.
Belədə könlü başqa yerdə olan vingerin meydanda yox, yanında əyləşməsini daha doğru hesab edib.
Fransalı futbolçu ötən ilin yayından “Sabah”da çıxış edir. O, “bayquşlar”la 31 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.
XANOĞLAN / SPORTİNFO.AZ

