"Sabah" Çempionlar Liqasında növbəti qələbəsini qazandı.
Amma Finlandiya çempion "KuPS" üzərində qələbə (1:0) yəqin ki, kollektivə sevincdən çox narahatıq gətirmiş oldu.
"Bayquşlar" əla 90 dəqiqə keçirdi.
Real qol imkanlarının sayı-hesabı yox idi. Hətta ilk oyundaca cütün taleyini həll etmək mümkün idi.
Dirəkdən qayıdan, qapıçı qaytaran, kənara vurulan zərbələr...
Bütün bunlar futbolun tərkib hissəsidir.
Amma bir oyunda bir deyil, iki deyil, üç deyil, ən azı 10 100%-lik qol imkanı qaçırılırsa...
Bu artıq böyük problemdir.
İndi Valdas Dambrauskas bilmir ardıcıl üçüncü qələbəsinə sevinsin, yoxsa həmin problemin həlli yollarını axtarsın.
Avropanın ən nüfuzlu yarışında belə humanist davranmaq olmaz.
Yarım qol imkanlarını dəyərləndirmək mütləqdir.
Əks halda cəzalana bilərsən.
Ki, elə Masazırda son saniyələrdə finlər bərabərlik qolunu vura bilərdi.
Əgər bu baş versəydi, futbolun ən amansız üzünü görmüş olacaqdır.
Lakin rahatlşamaq olmaz.
Cavab görüşündə daha diqqətli olmaq şərtdir.
Bu rəqibi keçmək olar/olmalıdır.
Yetər ki, ələ düşən fürsətlər havaya sovrulmasın.
Dambrauskas da qarşıdakı 1 həftə işini-gücünü atıb, məhz bunun üzərində baş sındırmalıdır.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

