"Neftçi"dən dəvət alan müdafiəçi son çempiona "YOX" dedi

19 İyul 21:15 Sabah 1 756
"Neftçi"dən dəvət alan müdafiəçi son çempiona "YOX" dedi

Abdulla Rzayev "Sabah"ın yeni müqavilə təklifindən imtina edib.

Millimizin müdafiəçisinin bu qərarı təsadüfi deyil.

24 yaşlı futbolçu "Sabah"ın yetirməsidir.

2022/23 mövsümündən davamlı olaraq digər elita təmsilçilərində icarədə çıxış edir.

Hər dəfə müqaviləsinin sonuna 1 il qalmış "bayquşlar"ın rəhbərliyi onu bir şərtlə digər klublara icarəyə verir - yeni 3 illik müqaviləyə qol çək və sonra get.

Milli üzvü bu şərtlər altında karyerasını istədiyi istiqamətdə apara bilmir.

Çünki "Kəpəz", "Araz Naxçıvan" və "Şamaxı"da keçirdiyi yaxşı mövsümlərdən sonra hətta "Neftçi"dən belə təklif alıb.

Amma keçidi mümkün olmayıb.

Qərarı özü yox, klub veriib.

"Tələblər" də ən yaxşı halda onu icarəyə verməkdə maraqlı olub.

Abdulla artıq bu cür münasibətdən yorulub.

Azad agent olub, gələcəyi ilə bağlı sərbəst qərarlar vermək istəyir.

Bu səbəbdən yeni 3 illik anlaşma təklifinə isti yanaşmır.

Hətta qarşıdakı 1 ili futbolsuz qalmağı belə göz önünə alıb.

XANOĞLAN / SPORTİNFO.AZ Abdulla Rzayev "Sabah"ın yeni müqavilə təklifindən imtina edib.

Millimizin müdafiəçisinin bu qərarı təsadüfi deyil.

24 yaşlı futbolçu "Sabah"ın yetirməsidir.

2022/23 mövsümündən davamlı olaraq digər elita təmsilçilərində icarədə çıxış edir.

Hər dəfə müqaviləsinin sonuna 1 il qalmış "bayquşlar"ın rəhbərliyi onu bir şərtlə digər klublara icarəyə verir - yeni 3 illik müqaviləyə qol çək və sonra get.

Milli üzvü bu şərtlər altında karyerasını istədiyi istiqamətdə apara bilmir.

Çünki "Kəpəz", "Araz Naxçıvan" və "Şamaxı"da keçirdiyi yaxşı mövsümlərdən sonra hətta "Neftçi"dən belə təklif alıb.

Amma keçidi mümkün olmayıb.

Qərarı özü yox, klub veriib.

"Tələblər" də ən yaxşı halda onu icarəyə verməkdə maraqlı olub.

Abdulla artıq bu cür münasibətdən yorulub.

Azad agent olub, gələcəyi ilə bağlı sərbəst qərarlar vermək istəyir.

Bu səbəbdən yeni 3 illik anlaşma təklifinə isti yanaşmır.

Hətta qarşıdakı 1 ili futbolsuz qalmağı belə göz önünə alıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 19:00 Sevək, yoxsa sevinək?
19 İyul 08:00 Bazar gününün havası