COP29

İddialı gəlib, komandadan elə futbolçuları göndərəcək ki…

5 Dekabr 2024 17:40 Sabah 826
İddialı gəlib, komandadan elə futbolçuları göndərəcək ki…

«Sabah» daha Renduliçin sabahı olmayacaq.

Dəyişim başlayıb və bu, bilavastə Vasili Berezutski ilə əlaqədardır.

Yeni çalışdırıcı xorvatiyalıh həmkarının müəyyənləşdirdiyi yolla getməyəcəyini ilk gündən gözlər önünə sərdi.

Sözsüz, baş məşqçi postuna kim gəlir gəlsin, 1-2 həftənin içində öz fantaziyasını tətbiq, icraatını tələb edə bilməz.

Bu, aksiomadır. Gərək ən azı 1-2 ay keçsin ki, onun modelinin yararlığı və ya yararsızlığı barədə fikir yürüdək.

Berezutskinin «Sabah»ı hücum futbol oynayacaq. Üçüncü zonada pressinq edəcək.

Sürəti işə salacaq. Bunlar olacaq, ümumi cizgilər «Səbail» önündə sezildi.

Bu, artıq addımdır. İrəliyə doğru atılmış bir addım.

Rusiyalı taktiki və heyət bölgüsünü də dəyişməyə başlayıb. Renduliçin bəzi sevimli futbolçuları artıq yeni komanda axtarışına çıxsalar, yaxşıdır.

Berezutski qışa qədər müəyyənləşdirəcək ki, ona kimlər lazımdır, yaxud əksinə. Düzü, mən siyahının sürətlə böyüyəcəyini gözləyirəm.

Hətta xidmətindən imtina edəcəyi isimlərin sayının 10-a çatacağını eşitsəm, qətiyyən təəccüblənmərəm.

Ondan çox olar, az olmaz. Sürpriz adların gediş xəbərini almağa hazırlaşın.

Berezutski bura xahiş-minnət edərək gəlməyib, iddialı gəlib.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti