Stadiona gəl, "Sabah"a dəstək ol, "IPhone 15" qazan!

24 Aprel 01:10 Sabah 557
Stadiona gəl, "Sabah"a dəstək ol, "IPhone 15" qazan!

Premyer Liqada mövsüm sona yaxınlaşır.

Sportinfo.az xəbər verir ki, "Sabah" bu şənbə növbəti ev matçına çıxacaq.

Rəqib “Səbail”dir. Klubun sponsorları mövsümün ən həlledici anlarını azarkeşlər üçün daha maraqlı və yaddaqalan etmək istəyirlər.

Belə ki, "Sabah"ı stadiondan dəstəkləməklə, sponsorlar tərəfindən "IPhone 15" və digər qiymətli hədiyyələr qazanmaq imkanı əldə edə bilərsiniz.

Oyun aprelin 27-də saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək. Matçdan iki saat əvvəl stadionun ərazisində fan zona fəaliyyət göstərəcək.

Biletləri bu gündən etibarən "iticket.az" saytından (link şərh bölməsində), həmçinin oyun günü "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti