COP29

"Sabah" üçün nümunə - Paytaxt klubu nəyi gözləyir?

1 Mart 17:00 Sabah 385
"Sabah" üçün nümunə - Paytaxt klubu nəyi gözləyir?

"Sabah" zaman itirməyə davam edir.

Murad Musayevin istefasından azalır bir ay keçsin.

Ehtimal olunurdu ki, qısa müddətdə vakant posta təyinat rəsmiləşəcək.

Düzdü, rusiyalı mütəxəssisin gedişi heç də yaxşı dövrə təsadüf etmədi. Nə mövsümün sonudur, nə də əvvəli. Heç ortası da deyil.

Amma digər təmsilçimiz "Qəbələ"nin bir göz qırpımında yeni baş məşqçi tapmaq nümunəsini də gözdən çıxarmaq olmaz.

"Sabah" isə hələ də İqor Ponomaryovun ümidinə qalıb.

Kollektiv onun rəhbərliyi altında ilk dörd matçda məğlubiyyət tanımadı.

Elə rəhbərliyi də Olimpiya çempionu ilə əməkdaşlığa davam etmək üçün həvəsləndirən həmin nəticələr oldu/ümid verdi.

Halbuki oyunları bir-bir soyuq başla analiz edəndə görürsən ki, Masazır təmsilçisi məğlubiyyət almasa da ciddi bir sıçrayış da əldə edə bilməmişdi.

"Qarabağ"a Ölkə Kubokunda 1:7 məğlubiyyətin cavab görüşündə əldə olunan 3:3 hesablı heç-heçə nəyisə dəyişmədi.

Çempionatda isə 3 görüşdə bir qələbə qazanmaq mümkün olmuşdu. O da autsayder "Kəpəz" üzərində.

İndi məğlubiyyətsiz oyunlar seriyası adlı mif də yoxdur.

"Səbail" son turda həmin mifi dağıtdı.

Baxımlı oyun, layiqli qələbə ilə.

Öncə Ramalinqom, ardınca gənc Samir Abdullayevin qolu Ponomaryovun ilk məğlubiyyətini rəsmiləşdirmiş oldu.

Bəlkə, bundan sonra "tələbələr"in rəsmiləri yeni çalışdırıcı axtarışlarını sürətləndirmiş olar. Axı zaman gedir. Mövsümü mükafatsız başa vurmaq, bəlkə də avrokuboklara vəsiqə qazanmamaq təhlükəsi qapıdadır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"