İsayev iddia etdi ki: "Bu barədə düşünmürdük"

8 Fevral 17:00 Sabah 338
İsayev iddia etdi ki: "Bu barədə düşünmürdük"

"Sabah" Premyer Liqanın ikinci yarısında uğurlu çıxışını davam etdirir.

Masazırlılar ardıcıl üçüncü görüşdə də qələbə qazandı.

Bu dəfə Murad Musayevin yetirmələri doğma meydanda "Səbail"in daşını daş üstə qoymadı - 4:0.

Komandanın liderlərindən sayılan Aleksey İsayev parlaq qələbə barədə fikirlərini Sportinfo.az-a açıqlayıb:

"Çətin oyun alındı. Matça çıxarkən bu komanda ilə əvvəlki görüşlərimiz barədə düşünmürdük.

Biz yalnız hər növbəti oyunumuza köklənirik. Oyun tam olaraq bizim nəzarətimiz altında keçdi. Bütün komandanı qələbə münasibətilə təbrik edirəm.

"Səbail" yaxşı futbolçulara malik komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram.

Artıq bu matç geridə qalıb. Hazırda bu qarşılaşmanı unudub, qarşıdakı matçlarımıza köklənmişik".

Digər Xəbərlər
Xəbər Lenti
28 Mart 17:20 Mahirdən XƏBƏR ALIN!
28 Mart 10:40 Bir addım irəli…
28 Mart 09:20 0:5-in İÇ-ÜZÜ