“Neftçi”nin qorxulu röyası - “Sabah”: FOTOREPORTAJ

28 Yanvar 2023 01:50 Sabah 763
“Neftçi”nin qorxulu röyası - “Sabah”: FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda çempionatın iddialı komandaları “Sabah” və “Neftçi” üz-üzə gəlib.

Turnir cədvəlində “qonşu” olan rəqiblərin duelindən birincilər qalib ayrılıblar. Murad Musayevin kollektivi matçın taleyini birinci hissədə həll edib.

7-ci dəqiqədə Coy Lens Mikels penaltidən hesabı açıb. Bundan yarım saat sonra Aleksey Kaşuk fərqi iki topa çatdırıb.

Komandaların cəhdlərinə baxmayaraq, ikinci hissədə qol vurmaq mümkün olmayıb. Beləliklə, “Sabah” “Neftçi” üzərində 2:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran “Sabah” ikinci pillədəki mövqeyini möhkəmlədib. “Neftçi” isə 38 xalla üçüncü yerdə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar