Azərbaycandakı alman: "3 avro xərcləmək istəmirlər"

30 Noyabr 2022 14:20 Sabah 478
Azərbaycandakı alman: "3 avro xərcləmək istəmirlər"

“Bir milyondan çox əhalisi olan şəhərdə tanınırıq“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Sabah“ın hücumçusu Coy-Lens Mikelsə daxildir.

Masazır klubunda ikinci mövsümünü keçirən almaniyalı legioner ölkəmiz haqda danışıb:

“Televiziya reytinqləri çox yaxşıdır, futbol yüksəlişdədir. Amma istərdim ki, stadiona daha çox azarkeş gəlsin.

Ən yaxşı oyunlarda 10 mindən çox tamaşaçı olur, normal matçlara isə cəmi 3000 nəfər gəlir.

Ən ucuz biletin qiyməti cəmi 3 avroya bərabər olsa da, insanlar çox vaxt gəlmirlər. Komandalarının uduzacağı ehtimalını düşünərək, 3 avro xərcləmək istəmirlər".

Digər Xəbərlər
Xəbər Lenti