“Sabah”da yeni departament fəaliyyətə başladı, ispan vəzifəyə təyin olundu

14:40 Sabah 1 105
“Sabah”da yeni departament fəaliyyətə başladı, ispan vəzifəyə təyin olundu

“Sabah” Futbol Akademiyası inkişaf strategiyası çərçivəsində yeni Performans Departamenti yaradıb.

Akademiyanın bütün yaş qruplarında futbolçuların fiziki hazırlığının vahid sistem üzrə idarə olunmasını təmin edəcək departamentə ispaniyalı mütəxəssis José Manuel Armada rəhbərlik edəcək.

Departamentdə həmçinin Tural Lətifov və gənc mütəxəssis Elçin Məmmədov fəaliyyət göstərəcəklər.

José Manuel Armada son üç il ərzində İspaniyanın “Elche CF” klubunda çalışıb. O, akademiyanın müxtəlif yaş qruplarında fiziki hazırlıq üzrə məşqçi,

klubun ehtiyat komandasında performans məşqçisi, daha sonra isə akademiyanın Fiziki Hazırlıq Departamentinin koordinatoru vəzifəsində fəaliyyət göstərib.

Bununla yanaşı, Mursiya Universiteti ilə əməkdaşlıq çərçivəsində elmi-tədqiqat fəaliyyəti aparır.

Onun əsas ixtisaslaşma istiqamətləri futbolçuların fiziki hazırlığının planlaşdırılması, məşq və oyun yüklərinin monitorinqi, sürət və güc keyfiyyətlərinin inkişafı, zədələrin profilaktikası və bərpa prosesinin idarə olunmasıdır.

Tural Lətifov fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərir. O, müxtəlif dövrlərdə MOİK FK-da, “Difai” Futbol Klubunda, “Neftçi” PFK Akademiyasında çalışıb.

Peşəkar inkişafı çərçivəsində Serbiyanın “Crvena Zvezda” akademiyasında, Monteneqroda və Rusiya futbol ittifaqının beynəlxalq təcrübə proqramlarında iştirak edib.

Tural Lətifov UEFA C məşqçi lisenziyasına və RFS Fitness-C beynəlxalq sertifikatına malikdir, həmçinin UEFA Fitness B proqramına qəbul olunub.

Onun əsas fəaliyyət istiqamətləri futbolçuların fiziki hazırlığının planlaşdırılması, sürət, güc və dözümlülüyün inkişafı, məşq yüklərinin idarə olunması, zədələrin profilaktikası və bərpa prosesinin təşkilidir.

Elçin Məmmədov isə gənc performans mütəxəssisi kimi fiziki testlərin keçirilməsi, məşq və oyun yüklərinin monitorinqi, performans analizləri və gündəlik məşq prosesinin təşkilində iştirak edəcək.

Yeni yaradılmış Performans Departamenti akademiyanın bütün yaş qruplarında futbolçuların fiziki hazırlığının planlaşdırılması, fərdi inkişaf proqramlarının hazırlanması, məşq və oyun yüklərinin monitorinqi, zədələrin profilaktikası, bərpa prosesinin idarə olunması və müasir performans analizlərinin tətbiqinə cavabdeh olacaq.

Bu addım “Sabah” Futbol Akademiyasında Avropa təcrübəsinə əsaslanan vahid performans sisteminin formalaşdırılmasına xidmət edəcək və gənc futbolçuların inkişaf səviyyəsinin daha da yüksəldilməsinə, gələcəkdə isə klubun əsas komandası və Azərbaycan milli komandaları üçün yüksək səviyyəli futbolçuların hazırlanmasına töhfə verəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!