"Sabah"dan qəzəbli paylaşım: "Gələn mövsüm..."

16 May 2022 17:00 Sabah 940
"Sabah"dan qəzəbli paylaşım: "Gələn mövsüm..."

"Sabah" dünən "Sumqayıt"la bərabərə qalmaqla (2-2) avrokuboklara getmək şansını itirmiş oldu.

Növbəti tur "Qəbələ"də dramatik matç olacağı gözlənilsə də, artıq bu olmayacaq. Çünki son turun "Qəbələ" - "Sabah" görüşü formallığa çevrilmiş oldu.

Masazır təmsilçisinin son paylaşımı da onu göstərir ki, komanda rəhbərliyi dünəndən növbəti mövsümü düşünür.

Amma klub sosial şəbəkə hesabındakı "Gələn mövsüm görüşənədək..." başlığı ilə paylaşdığı son videoda hakimləri də unutmayıb. Elə birbaşa referilərə ismarıc yollamış olub.

Belə ki, klub mövsümün əvvəli "Qəbələ" ilə matçda və dünən "Sumqayıt"la görüşdə yaşanmış iki oxşar epizodda hakimlərin fərqli yanaşmasını diqqət çəkib.

Haqqında danışdığımız videonu təqdim etmək bizdən, şərh vermək sizdən...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti