“Çox çətin anlar yaşadım, yemədim, yatmadım, gəzmədim, məşq etmədim”

10 May 2022 20:20 Sabah 689
“Çox çətin anlar yaşadım, yemədim, yatmadım, gəzmədim, məşq etmədim”

"Oranı tərk etmək üçün çox çətin anlar yaşadım. Bu, fiziki vəziyyətimin bir hissəsini aldı".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın legioneri Lukas Rangel Ukraynadan ayrılması ilə bağlı "Terra" nəşrinə açıqlamasında deyib.

26 yaşlı braziliyalı hücumçu müharibə səbəbindən problemlərlə üzləşdiyini bildirib:

"Bir neçə gün düzgün qidalanmadım, yatmadım, gəzmədim və məşq etmədim. Psixoloji problemlərim oldu.

Yaşadıqlarım, şübhəsiz ki, ən ağır şeylərdir. Son bir neçə oyunda özümü daha yaxşı hiss edirəm və inkişaf etdiyimi görürəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2