"Sabah"da gözlənilməz ayrılıq - SON DƏQİQƏ

27 Oktyabr 2021 14:40 Sabah 1 541
"Sabah"da gözlənilməz ayrılıq - SON DƏQİQƏ

"Sabah"da gözlənilməz ayrılıq baş tutub.

Belə ki, ötən tur "Sumqayıt"la matçda zədələnən serbiyalı hücumçu Petar Skuletiç bu gün MRT müayinəsindən keçməli idi.

Amma 31 yaşlı forvard buna ehtiyaca görməyib. O, gözlənilmədən klub rəhbərliyinə yaxınlaşaraq komandadan ayrılmaq istədiyini bildirib. Səbəb kimi şəxsi problemlərini göstərib.

Əcnəbi futbolçunun istəyi nəzərə alınaraq, onunla qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

Skuletiç ötən ay Masazır təmsilçisinə transfer edilmişdi. Arxada qalan müddətdə "Sabah" forması ilə meydana çıxdığı 4 matçda forvard bir dəfə də olsun rəqib torunu silkələyə bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti