Ailəm ilə məsləhətləşim, sonra qərarımı verim – Azərbaycana gələn məşqçi

27 Oktyabr 2021 09:40 Sabah 1 135
Ailəm ilə məsləhətləşim, sonra qərarımı verim – Azərbaycana gələn məşqçi

«Sabah»ın baş məşqçi postuna əsas namizəd olan Murad Musayev Rusiyaya qayıdıb.

Klubun dəvəti ilə Bakıya gələn və şəraiti yerində incələyən, şərtlərlə tanışlıq imkanı qazanan 37 yaşlı mütəxəssis yekun qərarını bu gün, uzağı, sabah açıqlayacaq.

Onun ilkin təəssüratı müsbətdir. Azərbaycanda çalışmaq istəyən Musayev, maraqlıdır ki, təkbaşına qərar verməyə ehtiyatla yanaşır.

Bu məqsədlə ailəsi və meneceri ilə bir daha məsləhətləşmək fikrindədir. Danışıqların ötən günlər ərzində rəsmiyyət qazanmamasının əsas səbəbini burada axtarmaq lazımdır.

Apreldə «Krasnodar»dan ayrılmış baş məşqçi transfer siyasəti ilə bağlı bütün səlahiyyətlərin tamamilə onun nəzarətinə verilməsini istəyir.

Komandanın cari mövsüm Premyer Liqada keçirdiyi bütün oyunları analiz edən 37 yaşlı rusiyalı çalışdırıcı mərhələli şəkildə islahat aparmaq niyyətindədir.

Onun fikrincə, bu, ən çox legionerləri əhatə etməlidir. Musayevin gəldiyi qənaətə görə, yayda alınan əcnəbi futbolçuların bəzisi yüksək məqsədlər uğrunda mübarizə aparacaq səviyyədə deyil, bəzisi isə potensialından zəif çıxış edir.

3 illik (2+1) müqavilə ilə yola çıxmağı arzulayan mütəxəssis qış fasiləsində yeni transferlərlə komandanın gücləndirməyin vacibliyini qeyd edib.

O, bu planlarının dəstəklənəcəyi təqdirdə, avrokuboklara vəsiqə qazanmağın mümkünlüyünü söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"