“Bəyəndiyim yoxdur, ad olsun deyə, legioner götürmək istəmirəm”

25 Avqust 2021 22:20 Sabah 931
“Bəyəndiyim yoxdur, ad olsun deyə, legioner götürmək istəmirəm”

“Komandaya yeni hücumçu götürmək istəyirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bayıl təmsilçisinin çalışdırıcısı qeyd edib ki, ölkə xaricində axtardığı forvardı hələ tapa bilməyib.

Sitat: “Vaxt azdır, istədiyimiz legioner isə hələ qarşımıza çıxmayıb. Bizə bir neçə nəfər təklif olunub. Amma içlərində bəyəndiyimiz kimsə yoxdur.

Ad olsun deyə, legioner götürmək istəmirəm. Yeni gələn mütləq komandanı gücləndirməlidir.

Tapa bilməsək, bu heyətlə yolumuza davam edəcəyik. Yaxşı olardı ki, başqa bir mövqeyə ikinci legioneri götürək. Sadəcə, büdcəmiz buna imkan vermir”.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!