"Sabah" üçün "Qəbələ" gəlir

4 Avqust 2021 13:40 Sabah 567
"Sabah" üçün "Qəbələ" gəlir

“Qəbələ” 2021/22 mövsümünün hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Bakıda toplanışda olan “qırmızı-qaralar” məşqlərini paytaxtda keçirir.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda hazırlıq prosesini Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Komanda toplanış çərçivəsində daha bir yoxlama oyunu keçirəcək.

“Qəbələ” “Sabah”la üz-üzə gələcək. Qarşılaşma avqustun 7-də baş tutacaq. “Bank Respublika Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.

“Qırmızı-qaralar” bunadək Bakı toplanışında üç oyun keçirib. “Qəbələ” “Zirə” (0:3, 2:1) və “Səbail”lə (3:2) görüşüb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!