COP29

Məşhur “transfermarkt” portalı “Sportinfo”nun “Qarabağ“a aid xəbərini təsdiq etdi

14 İyun 13:00 Sabah 4 144
Məşhur “transfermarkt” portalı “Sportinfo”nun “Qarabağ“a aid xəbərini təsdiq etdi

Məşhur “transfermarkt” portalı “Qarabağ”ın Fabiyan Buntiçə görə nə qədər təzminat ödədiyini açıqlayıb.

Saytın yazdığına görə, Ağdam təmsilçisi “Vizela”ya 350 min avro (təxminən 650 min manat) verib.

Beləliklə, “transfermarkt” “Sportinfo“nun günlər öncə yaydığı xəbəri doğrulayıb (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/100197.html).

Portuqaliya klubundan öncə Almaniyada “Ştuttqart” və “İnqolştadt”ın formasını geyinən qapıçı “köhlən atlar“la 3 illik müqavilə imzalayıb.

Dəri əlcək sahibi 2027-ci ilin yayına qədər "köhlən atlar"da çıxış edəcək.

2013-cü ildən “Ştutqart”da yetişən qapıçı U-19 komandasına kimi yüksəlib, 2016-da “İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Fabian 2022-ci ildə “Vizela”ya yollanıb.

Son mövsümdə bütün turnirlərdə 32 matça 62 top buraxan 27 yaşlı kiper əvvəllər Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti